Növbədənkənar prezident seçkilərində Xankəndidə seçicilər keçmiş vilayət Partiya Komitəsinin inzibati binasında yerləşəcək seçki məntəqəsində səs verəcəklər.
"Unikal" xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası sədri Məzahir Pənahov məlumat verib.
"Xankəndidə məhz həmin o binada seçicilər səs verəcək", - deyə MSK sədri vurğulayıb.