Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsi start götürüb.
"Unikal" xəbər verir ki, dörd günü əhatə edəcək mərhələnin açılış günü iki matç baş tutub.
Günə Premyer Liqa təmsilçilərindən "Sabah"la "Kəpəz"in dueli ilə start verilib. Tovuz şəhər stadionunda üz-üzə gələn komandaların görüşü "Sabah"ın qələbəsiylə yekunlaşıb.
Digər qarşılaşmada isə "Sumqayıt" "Karvan"ı sınağa çəkib. "Kapital Bank Arena"da reallaşacaq matç Sumqayıt təmsilçisinin qələbəsiylə yekunlaşıb.