Braziliyanın “Fluminense” və Misirin “Əl Əhli” komandaları 2023-cü il klublararası dünya çempionatının yarımfinal matçından qarşılaşıb.
"Unikal" xəbər verir ki, Ciddədəki Kral Abdullah stadionundakı matçda “Fluminense” inamlı qələbə qazanmağı bacarıb - 2:0.
Braziliyalılar 71-ci dəqiqədə Con Aryasın qolu sayəsində hesabda önə keçib. “Fluminense”nin yarımmüdafiəçisi penaltini qola çevirib. Görüşün sonunda isə nominal ev sahiblərinin hücumçusu Con Kennedi yekun hesabı müəyyən edib - 2:0.
Beləliklə də, Latın Amerikası komandası klublararası dünya çempionatının finalına yüksəlib.
Braziliyalılar həlledici görüşdə “Mançester Siti” və “Urava Red Daymonds” qarşıdurmasının qalibi ilə görüşəcəklər. Final oyunu dekabrın 19-da baş tutacaq.