Dekabrın 18-i saat 01 radələrində Füzuli rayonu, Əhmədbəyli kənd sakini Möhsümzadə Möhsüm Oktay oğlu idarə etdiyi “Khazar SD” markalı avtomobillə Hacıqabul-Mincivan avtomobil yolunun 138-ci kilometrliyində hərəkətdə olarkən idarəetməni itirərək avtomobili dərəyə aşırıb.

"Unikal"ın məlumatına görə, hadisə nəticəsində sürücü M.Möhsümzadə aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Füzuli RPŞ-in İB-də CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

Murad İbrahimli