"Hazırda Bakıda ailəmlə birlikdə istirahət edirəm".

Bunu "Unikal"a açıqlamasında Samux rayonunun sabiq icra başçısı Alı Qocayev deyib. O, gələcək fəaliyyətindən də danışıb:

"Hələ ki, istirahətdəyəm. Sonra necə desələr, elə də olacaq. Hələlik heç bir işlə məşğul deyiləm. 

Yəqin ki, gələcəkdə yeni iş təklifi olacaq. Hələ ki, gözləyirəm.  Yenə icra hakimiyyəti və ya digər xidmət sahəsi ilə bağlı iş təklifi gəlsə, etiraz etmərəm", - deyə o qeyd edib.

Qeyd edək ki, 76 yaşlı Alı Qocayev 2023-cü ilin oktyabr ayında vəzifəsindən azad edilib. O, 7 il Binəqədi rayonunun, 11 il isə Samux rayonunun icra başçısı vəzifəsində çalışıb.

Murad İbrahimli