Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində qəzaya düşən Peşəkar Futbol Liqasının əməkdaşlarının son vəziyyəti açıqlanıb.
"Unikal" xəbər verir ki, bu barədə “Bona Dea” xəstəxanası məlumat yayıb.
Bildirilib ki, Elgiz Abbasov və Zaur Hacı-Məhərrəmovun ilkin müalicələri tamamlanıb və evə yazılıblar. Bundan sonra ambulator şəraitdə müalicə alacaqlar. Sənan Abdullayevin ümumi vəziyyəti stabildir. Onun da müalicəsi tamamlanmaq üzrədir, önümüzdəki günlərdə evə buraxılması planlaşdırılır: “Sürücü Qafarlı Rasimdə bud-çanaq oynağının sınığına görə əməliyyat planlaşdırılır. Şahgəldiyev Aslanın əməliyyat sonrası reanimasiya müalicəsi artıq bitib. Bu gün palataya köçürülüb. Stasionar şəraitdə müalicəsi davam etdirilir.
Elxan Səmədovun müalicəsi isə reanimasiya şəraitində davam edir, önümüzdəki günlərdə müxtəlif nahiyələr üzrə ortopedik və rekonstruktiv əməliyyatlar planlaşdırılır”.