"Bütün seçki məntəqələri qanun çərçivəsində fəaliyyət göstərir. Qanun pozuntularına qarşı barışmaz mövqe nümayiş etdiririk".

"Unikal" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

O qeyd edib ki, seçkilərlə bağlı bütün tərəflər öz səlahiyyətləri çərçivəsində fəaliyyət göstərməlidir.

Xatırladaq ki, dekabrın 7-də Prezident İlham Əliyev Azərbaycanda növbədənkənar prezident seçkilərinin elan edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən, fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.