Ötən əsrin 80-ci illərindən bu günümüzədək Kürdəmir rayonunun Qarasaqqallı kənd sakinlərini mavi yanacaqla təmin edən bu qaz xətləri artıq bir neçə aydan sonra tarixə qovuşacaq. Çünki istismara yararsız hesab edilən qaz xətlərinin yenisi ilə əvəzlənməsi prosesi başa çatmaq üzrədir.

"Unikal" xəbər verir ki, 350-dək abonentin yararlandığı qaz xətlərinin yenilənməsi işlərinə cari ilin əvvəlindən başlanılıb. İstismara yararsız qaz xətlərinin yenilənməsi prosesi təkcə kəndlərdə deyil, həm də digər rayon mərkəzlərində də həyata keçirilir. Buna misal olaraq Göyçay rayonunun mərkəzi küçələrində görülən işləri çəkib göstərmək mümkündür.

Qeyd edək ki, istismara yararsız qaz xətlərinin yenisi ilə əvəzlənməsi prosesi SOCAR-ın “Azəriqaz” İB tərəfindən plana uyğun olaraq mərhələli şəkildə həyata keçirilir.