Dekabrın 18-də Salyan rayonu ərazisindən bir nəfərin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub.
"Unikal" xəbər verir ki, Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş 1971-ci il təvəllüdlü N.Həsənov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.