Türkiyədə daha bir futbol hakimi hücuma məruz qalıb.
"Unikal" xəbər verir ki, Şırnak 1-ci Həvəskarlar Liqasında "Kumçatıspor"un futbolçuları "Cizre Diclespor"la matçdan sonra oyunun baş hakimi Zinar Ermiş, köməkçi hakimlər Veysel Samsak və Mustafa Ekine, daha sonra isə rəqib komandanın oyunçularına hücum ediblər.
Hadisə zamanı köməkçi hakim Veysəl Samsakın burnu qırılıb. Şırnak Dövlət Xəstəxanasına aparılan Samsak şikayətçi olub.
Davaya jandarma qrupları müdaxilə edib. Azarkeşlər də qonaq komandanın avtobusuna daşla hücum ediblər.
Hadisə ilə bağlı araşdırma başladılıb.
Ağarza Elçinoğlu