"Seçki qanunvericiliyinin tələblərinin pozulmasına yol vermiş şəxslər Baş Prokurorluq tərəfindən məsuliyyətə cəlb ediləcək".

"Unikal" xəbər verir ki, bunu baş prokurorun birinci müavini Elçin Məmmədov dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.

O bildirib ki, prokurorluq orqanları qanunla müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi üçün müvafiq ekspert qrupları ilə qarşılıqlı fəaliyyət həyata keçirəcək.