Xəbər verdiyimiz kimi, Mingəçevir şəhəri ərazisində “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı iki piyadanı vurub.
"Unikal"ın əldə etdiyi məlumata görə, piyadalardan biri - Nazlı Hüseynova dünyasını dəyişib, İmamrza Sadıqzadə isə ağır yaralanıb. Onların hər ikisi Mingəçevir Turizm Kollecinin tələbəsi olub.
Bakı şəhər sakini olan 2005-ci il təvəllüdlü Nazlı Mehmanxana təsərrüfatının təşkili ixtisasının üçüncü kurs və 2006-cı il təvəllüdlü İmamrza Sadıqzadə kollecin Rekreasiya, idman və sağlamlıq turizmi ixtisasının sonuncu tələbəsi olub. İmamrza Sadıqzadə, həmçinin, kikboksinq üzrə idmançı olub və yarışlarda dəfələrlə yer tutub.
Ehtiram Muradov