Futzal üzrə Azərbaycan millisi DÇ-2024-ün elit mərhələsində son oyununu keçirib.
"Unikal" xəbər verir ki, A qrupunda yer alan Vitali Borisovun kollektivi Niderlandla qarşılaşıb.
Almere şəhərində yerləşən “Topsportsentrum Arena”da baş tutan görüş meydan sahiblərinin qalibiyyəti ilə yekunlaşıb. 3:0 hesablı qələbə qazanan Niderland seçməsi 9 xalla qrupu ikinci pillədə başa vurub və pley-offa vəsiqə əldə edib.
Yığmamız isə hesabındakı 4 xalla sonuncu yeri tutub.
Qrupun digər matçında Qazaxıstan səfərdə Rumıniyanı 2:0 hesabı ilə məğlub edib.