Dekabrın 19-da gecə saatlarında Novxanı qəsəbəsi ərazisindən bir nəfərin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Unikal"a verilən xəbərə görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş 1995-ci il təvəllüdlü E.Əliyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.