Robert Levandovski "Barselona"nı tərk etməyəcək.
"Unikal" xəbər verir ki, bu məlumatı "AS" nəşri yayıb. Bildirilib ki, Kataloniya təmsilçisi polşalı hücumçunu satmaq niyyətində deyil.
Joan Laporta forvard güvənir. "Barselona" prezidenti Levandovskinin komandada böyük işlər görəcəyinə inanır. Bu səbəbdən də polşalı Səudiyyə Ərəbistanından gələn təklifləri qəbul etməyəcək.
Ümumiyyətlə, "Barselona" nə qışda, nə də yayda hücumçunu satmaq niyyətində deyil.