"Ulu öndər Hüquq fakültəsini tamamilə xalqın fakültəsinə çevirdi".

"Unikal" xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev  Bakı Dövlət Universitetində Ümummilli Lider Heydər Əliyevin 100 illik və Hüquq fakültəsinin 95 illik yubileylərinə həsr olunmuş “Hüquq elminin və təhsilinin müasir inkişaf tendensiyaları” mövzusunda Beynəlxalq elmi konfransda deyib.

Baş prokuror qeyd edib ki, Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi dövrdə Hüquq fakültəsinin əsas inkişaf istiqamətlərindən biri buraya  tələbə kimi daxil olmaqda mövcud maneələrin aradan qaldırılması olmuşdur.

Ümummilli lider Heydər Əliyevə qədər Hüquq fakültəsinə daxil olanlar əsasən o dövrdə partiya və digər dövlət orqanlarının vəzifəli şəxslərinin övladları idisə, dahi lider bu bürokratik mexanizmi sındırdı, Hüquq fakültəsini tamamilə xalqın fakültəsinə çevirdi. Əsas məsələlərdən biri də, o dövrdə hüquq təhsili və elmi sahəsində çalışan alimlərin milliləşdirilməsi olmuşdur.