Əvvəllər Azərbaycanda hüquqşünas hazırlayan yeganə təhsil müəssisəsi Bakı Dövlət Universiteti idi. 

"Unikal" xəbər verir ki, bunu Baş Kamran Əliyev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə və Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin 95 illiyinə həsr olunmuş “Hüquq Elminin və Təhsilinin Müasir İnkişaf” Tendensiyaları mövzusunda beynəlxalq elmi konfransda deyib.

O bildirib ki, hazırda isə bir neçə universitetlərdə, akademiyalarda hüquq fakültələr var:

“Hazırda prokurorluq orqanlarında 1244 prokurorluq işçisindən 825 nəfəri Bakı Dövlət Universitetinin hüquq fakültəsinin məzunudur. Bu da prokurorluq işçilərindən 66,3 faizini təşkil edir. Baş prokurorun 3 müavini də bu universitetin məzunudur.  2002-2023-cü illər ərzində prokurorluğa test üsulu ilə imtahanlar həyata keçirilib. 25 müsabiqə üzrə müvəfəqiyyət qazanmış 700 nəfərin 56,3 faizi bu universitetin məzunudur. Hazırda 260 tələbə ictimai köməkçi vəzifəsində fəaliyyət göstərirlər”.