Dekabrın 21-də saat 18 radələrində şəxsi münasibətlər zəminində 1990-cı il təvəllüdlü Manafov Saday Əlismayıl oğlu tərəfindən 1979-cu il təvəllüdlü Feyzullayev Rəfail Qərib oğlu odlu silahla qətlə yetirilib.
DİN-in mətbuat xidmətindən "Unikal"a bildirilib ki, S.Manafov hadisədən sonra intihara cəhd edib və cəhdin qarşısı alınıb.
O polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Qeyd edək ki, hadisəni törədən şəxs polis əməkdaşıdır.