Voleybol üzrə kişilər arasında Azərbaycan çempionatında ilin son matçı baş tutub.
"Unikal" xəbər verir ki, bu gün GİN-in Voleybol Mərkəzində təşkil olunan oyunda “Azərreyl” və “Neftçi” klubları üz-üzə gəliblər.
Qarşılaşmanın gərgin keçən ilk setini “Neftçi” qalib başa vurub. İkinci hissədə isə “Azərreyl” daha yaxşı oynayıb və qələbə qazanıb. Lakin “Neftçi” yenidən təşəbbüsü ələ alaraq növbəti setləri də aktivinə yazdırıb. Beləliklə, 2023-cü ilin son qarşılaşmasında “Neftçi” 3:1 hesabı ilə qalib gəlib.