Dekabrın 10-da Masallı-Köçəkli avtomobil yolunun Təkdam kəndi ərazisindən keçən hissəsində 2008-ci il təvəllüdlü İbrahimov Əjdər Yusif oğlunun idarə etdiyi "IJ" markalı, dövlət qeydiyyat nişanı olmayan motosikletlə 1951-ci il təvəllüdlü Talıbov Fəraim Ələsgər oğlunun idarə etdiyi "Mercedes Benz 308D" markalı mikroavtobusun toqquşması nəticəsində Əjdər İbrahimov Masallı rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.
"Unikal"ın məlumatına görə, Əjdər İbrahimov aldığı xəsarətlərdən 21.12.2023-cü il tarixdə gecə saat 05 radələrində həmin xəstəxanada ölüb.
Faktla bağlı Masallı RPŞ-nin İB-də CM-nin 263.2-ci maddəsilə cinayət işi başlanaraq istintaqı aparılır.