Gecələr yuxunun miqdarını azaltmaq, insanın həyatından məmnunluğuna mənfi təsir göstərə və bədbəxtlik hisslərinə səbəb ola bilər.

"Unikal" xəbər verir ki, bu barədə Şərqi İngiltərə Universitetinin tədqiqatçıları araşdırma aparıb.  

Britaniya alimlərinin yeni elmi işi yuxunun insanın həyat keyfiyyətinə təsiri ilə bağlı əvvəlki 154 araşdırmanın nəticələrinə (meta-analiz) əsaslanır. Ümumilikdə tədqiqatlarda 7-79 yaş arası beş mindən çox insan iştirak edib. Alimlər gecə yuxusunun müddətinin xoşbəxtliyin subyektiv hisslərinə necə təsir etdiyini öyrənməyə çalışıblar. 

Nəticələr göstərib ki, insan adi vaxtdan az yatırsa, onun müsbət düşünmə qabiliyyəti azalır. Bir saatlıq yuxudan məhrum olmaq bədbəxtlik hisslərini tətikləyə bilər. Adi yuxu müddətinin üç-dörd saat azalması əhval-ruhiyyənin kəskin şəkildə pisləşməsi və həyatdan məmnunluğun azalması ilə əlaqələndirilib. Bundan əlavə, çox az yatan insanlarda narahatlıq və depressiya əlamətləri də yaranır. 

Tədqiqatçılar həmçinin aşkar ediblər ki, çoxlu sayda gecə oyanması (məsələn, kiçik bir uşağa qulluq etmək ehtiyacı ilə bağlıdır) ümumi yuxu olmaması ilə müqayisədə bədbəxtlik hisslərini əhəmiyyətli dərəcədə artırmır.

Gülayə Mecid