Azərbaycan Kubokunun 1/8 final mərhələsinin “İrəvan” – “Araz-Naxçıvan” qarşılaşması 10 qolun vurulması ilə əlamətdar olub.
"Unikal" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, ölkə kuboku tarixində 10 və ya daha çox qolun qeydə alındığı ümumilikdə 15-ci matçdır.
1992-ci ildən keçirilən yarışda bunadək 14 belə yüksək məhsuldarlıq yaşanıb.
Son 15 mövsümdə isə ilk dəfə bir qarşılaşmada 10 qol vurulub. Sonuncu belə məhsuldar görüş 2008/2009-cu illər mövsümündə baş tutub. 2008-ci il oktyabrın 30-da “Bakı” “Qafqaz Universiteti”nin qapısından 10 cavabsız top keçirib.
Qeyd edək ki, "İrəvan" bu matçda 2:8 hesabı ilə məğlub olub.