Türkiyə Xarici Əlaqələr Komissiyası çərşənbə axşamı saat 15:00-da İsveçin NATO-ya üzvlüyü məsələsini müzakirə edəcək.

"Unikal" xəbər verir ki, bunu Xarici Əlaqələr Komissiyasının sədri Fuat Oktay bildirib.

Oqtay üzvlərə ünvanladığı mesajda komissiyanın 26 dekabr 2023-cü il, çərşənbə axşamı saat 15:00-da toplanacağını bildirib.