Azərbaycan Basketbol Liqasında IX turun daha bir oyunu keçirilib.
"Unikal" xəbər verir ki, Sumqayıt Olimpiya İdman Kompleksində ev sahibi komanda “Gəncə” ilə qarşılaşıb.
Görüş “Sumqayıt”ın 95:88 hesablı qələbəsi ilə yekunlaşıb. Ən məhsuldar basketbolçular “Sumqayıt”da Smit Roderik (18 xal, 11 ribaund), “Gəncə”də isə Culs Mur (22 xal, 4 ribaund) olublar.
Qeyd edək ki, hazırda hər iki komandanın hesabında 12 xal var.