Polşa və Ukrayna sərhədində 3900 yük maşını növbə gözləyir. 

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin nümayəndəsi Andrey Demçenko məlumat verib.

Onun sözlərinə görə, Polşa tərəfi keçid məntəqəsi bağlanana qədər çox as sayda  yük maşınını buraxıb.

Qeyd edək ki, bir aydan çoxdur ki, Polşa daşıyıcıları Ukrayna ilə sərhəddəki bütün keçid məntəqələrini bağlayıblar. Onlar 2022-ci ilin fevralından sonra yaradılan şirkətlərinin lisenziyalarının dayandırılmasını, onların yoxlanılmasını, boş və yüklü avtomobil xətlərinin ayrılmasını tələb ediblər. İndi Ukrayna yük maşınlarının növbəsi 50 kilometri keçib, iki sürücü artıq orada ölüb.