22 dekabr 2023-cü il tarixində İraqın şimalında PKK terrorçularının hücumu nəticəsində 3 türk əsgəri şəhid olub, 4-ü yaralanıb.

"Unikal" xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Əlavə olunub ki, hücumdan sonra keçirilən antiterror tədbirləri nəticəsində 4 terrorçu zərərsizləşdirilib.