İsrail radikal Fələstinin Həmas qruplaşmasının bölgədə saxladığı 35-ə yaxın girovun geri qaytarılması üçün Qəzza zolağında bir həftəlik humanitar fasilə elan etməyi təklif edib.

"Unikal" xəbər verir ki, bu barədə CNN yüksək rütbəli ABŞ rəsmilərinə istinadən məlumat yayıb .

Onların ifadələrinə görə, məhbuslar qrupuna qadınlar, yaralılar və qocalar daxil olacaq.

Həmas hələlik hər hansı əlavə təfərrüat və ya şərh verməyib.

Bundan bir qədər əvvəl İsrail hakimiyyəti HƏMAS-a Fələstin anklavında 35-ə yaxın girovu, o cümlədən qadın, qoca və xəstə kişilərin azad edilməsi müqabilində bir həftəlik atəşkəs təklif etmişdi.

Eyni zamanda, bir gün əvvəl Əl-Ərəbiyyə telekanalı mənbələrə istinadən xəbər verib ki, Həmas Qəzza zolağında İsraillə iki həftədən az davam edən atəşkəsə razı deyil.