Estoniya Ukraynada səfərbərliyə məruz qalan vətəndaşların axtarışına və Kiyevə ekstradisiyasına başlaya bilər.

"Unikal" xəbər verir ki, bu barədə Estoniyanın daxili işlər naziri Lauri Laanemets açıqlama verib. 

"Ukraynanın buna ehtiyacı olarsa, Estoniya belə bir şəxsi axtarıb Ukraynaya ekstradisiya edə bilər. Ümumiyyətlə, biz bu insanların harada olduğunu, nə işlə məşğul olduqlarını bilirik. Əksəriyyəti Estoniyaya işləməyə gedir və yaşayış yeri var", -  nazir deyib. 

Onun sözlərinə görə, Ukraynadan rəsmi müraciət olmayıb. Bununla belə, Estoniya Daxili İşlər Nazirliyi dəfələrlə səfirə və daxili işlər nazirinə ölkədə olan qaçqınlar barədə məlumat verilməsi xahişi ilə müraciət edib.