Gəncədə yanğın hadisəsi baş verib.

"Unikal"ın bölgə müxbirinin məlumatına görə, hadisə şəhərin Vaqif küçəsində qeydə alınıb.

1968-ci il təvəllüdlü Akif Nəsibova məxsus 20 kvadratmetrlik mağazada anidən yanğın başlayıb. Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Mağazaya bitişik olan ev yanğından mühafizə olunub. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Tural Əhmədov