Azərbaycan millisinin sabiq voleybolçusu Anastasiya Qurbanova Tailandın “Diamond Food” klubuna transfer olub.

"Unikal" xarici KİV-lərə istinadən xəbər verir ki, 34 yaşlı oyunçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.

Qeyd edək ki, Anastasiya Qurbanova Azərbaycanda “Azərreyl”in də formasını geyinib.