Azərbaycan Premyer Liqasının XVIII turunda keçirilən “Turan Tovuz” - “Araz-Naxçıvan” oyununun gedişində işıq dirəklərindən biri aşıb.
"Unikal" xəbər verir ki, hadisə qarşılaşmanın 82-ci dəqiqəsində baş verib.
Meydan sahibləri hesabda 2:1 öndə olarkən güclü küləyin təsirindən işıq dirəyi qırılıb və nəticədə qarşılaşma yarımçıq dayandırılıb.
Matçın qalan hissəsi bu gün oynanılmayacaq. Görüş dekabrın 24-ü, saat 12:00-da dayandırıldığı 82-ci dəqiqədən davam etdiriləcək.