Şamaxıda yaşayış evi yanıb.

"Unikal" xəbər verir ki, yanğın hadisəsi rayonun Qızmeydan kəndində baş verib. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

Yanğın zamanı 1943-cü il təvəllüdlü Məcidov Əjdər Əkbər oğluna məxsus  ümumi sahəsi 70 k/m olan yaşayış evinin yanar konstruksiyaları tamamilə yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub və yanğın məhdudlaşdırılıb.

Yanğın zamanı xəsarət alan olmayıb.

Seymur Əli