Azərbaycan Premyer Liqasında XVIII turun daha bir oyunu keçirilib.
"Unikal" xəbər verir ki, günün ikinci görüşü Sumqayıtda baş tutub. Şəhərin eyniadlı komandası "Səbail”i qəbul edib.
Qarşılaşmanın taleyini avtoqol həll edib. "Səbail"in oyunçusu Adi Mehremiçin 70-ci dəqiqədə öz qapılarından keçirdiyi top "Sumqayıt"a 1:0 hesablı qələbə qazandırıb. Bu qalibiyyət sayəsində xallarının sayını 27-yə çatdıran Samir Abasovun yetirmələri üçüncü pilləyə yüksəliblər. Şahin Diniyevin kollektivi isə hesabında 26 xalla dördüncü yerə düşüb.
Qeyd edək ki, tura dekabrın 24-də keçiriləcək "Turan Tovuz" - "Araz-Naxçıvan" (81-ci dəqiqədən sonra), "Neftçi” – "Kəpəz” və "Zirə” – "Qarabağ” oyunları ilə yekun vurulacaq.