Şəkidə 3 nəfəri sahibsiz it dişləyib.

"Unikal" xəbər verir ki, bu gün rayonun Təpəcənnət kənd sakini 2005-ci il təvəllüdlü Eyvazova Səbinə Qurban qızı, Yeni Cələbi qəsəbə sakini 2009-cu il təvəllüdlü İbişov Elməddin Mehman oğlu və rayonun Baqqal kənd sakini 1996-cı il təvəllüdlü Hacızadə İftixar Cingiz oğluna sahibsiz it hücum edərək onlara xəsarət yetirib.

Yaralılar Şəki rayon Mərkəzi xəstəxanasına aparılıb, xəstəxanada onlara lazımi tibbi yardım göstərilib və daha sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

Seymur Əli