"ZƏFƏR" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Azərbaycan Diasporuna Dəstək Fondunun birgə təşkilatçılığı, DİN-in “XƏZRİ” İstirahət və Sağlamlıq Mərkəzinin tərəfdaşlığı ilə keçirilən “Qardaşlaşmış Qarabağ Məktəbləri” qış düşərgəsinin iştirakçıları olan Qazaxıstan Respublikasında yaşayan soydaşlarımızın övladları və Azərbaycanın qəhrəman şəhidlərinin övladları Qarabağ FK Futbol Klubunun bazasını ziyarət ediblər.

"Unikal" xəbər verir ki, komandanın baş məşqçisi Qurban Qurbanov və futbolçularla görüşən gənc düşərgə iştirakçıları onlarla əyləncəli zaman keçirib və xatirə şəkilləri çəkdiriblər.

Qeyd edək ki, 21-27 dekabr 2023-cü il tarixləri aralığında baş tutacaq düşərgədə Qazaxıstanda fəaliyyət göstərən “Həftəsonu Qarabağ məktəbi”nin şagirdləri ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası zamanı müxtəlif vaxtlarda şəhid olmuş igid qəhrəmanlarımızın övladları iştirak edirlər.