Gürcüstan Ermənistan və Türkiyə sərhədlərinə gedən yollarda ağır yük maşınlarının hərəkətinə qadağa qoyub.

"Unikal" xəbər verir ki, bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti məlumat yayıb.

“Güclü qar və buzla əlaqədar Xaşuri - Axaltsixe - Vale (Türkiyə ilə sərhəd - red.) və Axaltsixe - Ninotsminda (Ermənistanla sərhəd - red.) beynəlxalq avtomobil yolunda qoşqulu və yarımqoşqulu avtomobillərin hərəkəti qadağan edilib" - məlumatda deyilir.

Qeyd olunur ki, bu marşrutlar üzrə 30 və daha çox sərnişin tutumu olan avtonəqliyyat vasitələrinin də hərəkəti qadağandır.

Xatırladaq ki, hazırda Mtsxeta-Stepantsminda-Lars beynəlxalq avtomobil yolunun Qudauri-Kobi hissəsi qar və buz bağladığı üçün Gürcüstandan Rusiyaya Yuxarı Lars keçid məntəqəsi ilə gediş-gəliş bağlanıb.