Argentina prezidenti Xavyer Miley deyib ki, maaşının məbləğini bilmir, onun pulunu bacısı Karina idarə edir.

"Unikal" xəbər verir ki, prezident yerli televiziya şoularının birində qonaq olarkən ondan nə qədər maaş aldığı soruşulub. 

"Bilmirəm. Mən heç vaxt maaşa baxmamışam, pulumu bacım idarə edir" deyə Miley bildirib.

Qeyd edək ki, Karina Mileyin sağ əli və ən etibarlı sirdaşıdır. O qeyd edib ki, Karina olmasaydı, heç vaxt prezident ola bilməzdi.