Albaniyanın Böyük Britaniyaya təyin olunmuş səfiri Uran Ferizi 1998-ci ildə krallığa qeyri-qanuni yollarla daxil olub və mənşəyi barədə yalan danışıb.

"Unikal" xəbər verir ki, bu barədə "Daily Mail" yazıb.

Belə ki, Ferizi gizli şəkildə yük maşını ilə Britaniyaya daxil olub və sonra Kosovodakı müharibədən qaçdığına dair yalan danışaraq saxta doğum tarixi göstərərib və sığınacaq üçün müraciət edib. O, britaniyalı qadınla ailə qurmağa və ölkədə qalmaq üçün icazə almağa nail olub.

O, Oksfordda təhsil alıb, Londonda maliyyə analitiki işləyib və ABŞ-də elmi araşdırma aparıb. Heç vaxt diplomatik xidmətdə olmayıb, lakin Albaniyanın hazırkı hökuməti ilə sıx əlaqə saxlayır.