AŞPA Türkiyə ilə bağlı hesabat qəbul edib
20:37 24-04-2013
İQTİSADİYYAT
AŞPA Türkiyə ilə bağlı hesabat qəbul edib
AŞPA-nın yaz sessiyasının ikinci günündə keçirilən plenar iclasda fransalı parlamentar, xanım Jozet Düryönün hazırladığı "Türkiyəyə dair post-monitorinq danışıqları" adlı hesabat müzakirəyə çıxarılıb. Çıxış edən bir sıra deputatlar Avropa Şurasının qurucularından olan Türkiyədə son vaxtlar gedən prosesləri ümumilikdə müsbət qiymətləndiriblər.
Türkiyənin bölgədə əhəmiyyətli bir ölkə olduğunu və islam dünyasında bir nümunəyə çevrildiyini, Avropa dəyərlərinə artıq cavab verdiyini, Avropa Birliyinə namizəd olduğunu qeyd edən bir çox assambleya üzvləri bildiriblər ki, Türkiyənin AŞPA-nın post-monitorinq mərhələsindən çıxmasının vaxtı çatıb. Eyni zamanda, Türkiyədə hələ də bir çox problemlərin olduğunu söyləyən avropalı deputatlar, 2010-cu ildən bəri bir neçə siyasətçi və jurnalistin həbsini pisləyiblər.
Müzakirələrdə əsasən ermənipərəst deputatlar Türkiyəni güclü tənqid atəşinə tutublar, hətta bu ölkənin yenidən AŞPA-nın monitorinq nəzarətinə salınması təklifini irəli sürənlər də olub. Müzakirələrin sonda hesabat qəbul edilib.
Hesabatda kürd-PKK problemi fərqli formada əks olunub. Sənəddə "PKK terrorçuları" ifadəsi "PKK fəalları" sözü ilə əvəzlənib. Türkiyə tərəfi bu hesabatın qəbulunu çox mənfi qarşılayıb.
Qeyd edək ki, hesabat üzrə müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvləri çıxışa yazılsalar da, onların çıxışına vaxt qalmayıb.
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00