Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı dünya futbolunun canlı əfsanəsi, Argentina millisinin və Amerika “İnter Mayami”sinin hücumçusu Lionel Messinin imzalı formasını alıb.

"Unikal" xəbər verir ki, hədiyyənin fotosu məşhur Xarkov xeyriyyəçisi Yuri Sapronov tərəfindən Facebook-da yayımlanıb.

Sapronov etiraf edib ki, Mayamidə olarkən klubun ukraynalı legioneri Sergey Krivtsovun köməkliyi ilə məşqlərə çıxıb, “Qızıl top”un 8 qat qalibi ilə görüşə bilib. Ukraynalı generalın adını dəqiq yazmaq Leo üçün problemli olduğundan o, lakonik “Valeri” yazısı ilə məhdudlaşıb. Cavab olaraq Messi Zalujninin imzası olan və üzərində ukraynalı generalın şəkli olan “Times” jurnalının nüsxələrindən birini alıb.