Somalinin Müdafiə Nazirliyi ölkənin bəzi bölgələrində "Əş-Şəbab"a qarşı əməliyyatlarda 130 terrorçunun zərərsizləşdirildiyini bildirib.

"Unikal" xəbər verir ki, nazirlikdən verilən yazılı açıqlamada terror təşkilatı Əl-Şəbabın intensiv fəaliyyət göstərdiyi Qalmuduq, Hirşabelle və Cübbələnd əyalətlərində genişmiqyaslı əməliyyatın aparıldığı bildirilib.

Açıqlamada 130 Əl-Şəbab üzvünün öldürüldüyü əməliyyatda təşkilata aid çoxlu silah və texnikanın da ələ keçirildiyi bildirilib.

Əl-Şəbabdan azad edilən Şəbilov meşələri, Yacgoos dağları, Baraq İsmayıl qəsəbəsi, Orta Şabelle və Galgaduud bölgələrinin sərhədindəki meşəlik ərazidəki mağara və sığınacaqların dağıdıldığı paylaşılıb və Somali ordu beynəlxalq tərəfdaşların köməyi ilə Əl-Şəbab terror təşkilatına qarşı əməliyyatlarını davam etdirir.

Somali hökuməti ölkədə tez-tez hücumlar həyata keçirən Əl-Şəbab qruplaşmasına qarşı hərtərəfli mübarizə aparmaq qərarına gəlib.