"Neftçi" komandasının baş məşqçisi dəyişib.
"Unikal" xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Rumıniyall Adrian Mutu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Onu bu postda Miodraq Bojoviç əvəzləyəcək.
Qeyd edək ki, Mutu mövsümün əvvəlindən "ağ-qaralar"ın sükanı arxasında idi.