Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII tura və mövsümün ilk yarısına yekun vurulub.
"Unikal" xəbər verir ki, ilin sonuncu oyununda “Zirə” “Qarabağ”ı qəbul edib.
Qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0. Qonaqların qolunu 30-cu dəqiqədə Olavio Juninyo vurub.
Bu nəticədən sonra xallarının sayını 41-ə çatdıran “köhlən atlar” liderliyini möhkəmləndirib. “Qartallar” 29 xalla ikinci sıradadır.