“Barselona”nın nümayəndələri Səudiyyə Ərəbistanından olan vasitəçi ilə əlaqə saxlayıb.
"Unikal" xəbər verir ki, Katalon klubu hücumçusu Robert Levandovskinin gələn yay ərəb komandalardan birinə mümkün transferini müzakirə edir.
Bildirilir ki, polşalı hücumçunun cari mövsümdə nümayiş etdirdiyi futbol səviyyəsi “Barsa” rəhbərliyi və məşqçilər korpusunun xoşuna gəlmir.
Qeyd olunur ki, qanuna əsasən Səudiyyə Ərəbistanı klublarına bütün transferlər ölkədə bu məsələ üzrə səlahiyyətli şəxsin iştirakı ilə razılaşdırılmalıdır.