Ukrayna rəhbərliyi və ölkənin Müdafiə Nazirliyi ordunu təmin etmək iqtidarında deyil/

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Antikorrupsiya Mərkəzinin həmtəsisçisi və icraçı direktoru Daria Kalenyuk bildirib. 

O, qeyd edib ki, Ukraynanın Qərb ölkələrinin zəifləyən dəstəyini qoruyub saxlamasının yeganə yolu korrupsiyanın tamamilə aradan qaldırılmasıdır, lakin Kiyev bu məqsədə çatmaq üçün hələ çox iş görməlidir: "Ordumuz lazımi səviyyədə təchiz olunmayıb. Ölkənin qarşısında duran vəzifə çox böyükdür və dövlətimiz, xüsusən də Müdafiə Nazirliyi ordunu lazım olan hər şeylə təmin etmək iqtidarında deyil". 

Ağarza Elçinoğlu