Son 24 saat ərzində Ukrayna Silahlı Qüvvələrinin aviasiyası şəxsi heyətin, silah-sursatın və hərbi texnikanın cəmləşdiyi 12 əraziyə, sursat anbarına və rusların zenit-raket kompleksinə zərbələr endirib.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna ordusunun Baş Qərargahı məlumat yayıb.
Zərbələr nəticəsində Rusiyanın Su-34 və Su-30 qırıcı-bombardmançıları hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib.
Ağarza Elçinoğlu