Ukraynadakı xarici hərbi bazaların yaradılacağı təqdirdə, Rusiya onlara mütləq zərbələr endirəcək. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.

O, Aİ-nin Ukrayna üçün Təhlükəsizlik Zəmanətləri Bəyannaməsindən danışıb: "Bu, Kiyevə ayrı-ayrı ölkələrlə silah tədarükü, hərbi kadrların hazırlanması, hərbi proqramların maliyyələşdirilməsi və daha çox, o cümlədən Ukraynada hərbi bazaların yaradılmasını nəzərdə tutan müqavilələr bağlamaq imkanı verir".

Medvedev bəyan edib ki, hər hansı hərbi bazaya zərbə, şübhəsiz ki, bu müqavilənin 6-cı maddəsinin tətbiqi üçün əsasdır: "Ancaq daha maraqlısı odur ki, cavab müqavilənin eyni 5-ci maddəsində deyildiyi kimi, hərbi və kollektiv xarakter daşımamalıdır". 

Ağarza Elçinoğlu