Sumqayıtda 51 yaşlı kişi özünü asıb.
"Unikal" xəbər verir ki, hadisə şəhərin 2-ci mikrorayonunda baş verib. 1972-ci il təvəllüdlü Şükran Məhəmməd oğlu Məmmədov yaşadığı ünvanda özünü asaraq intihar edib.
Ş. Məmmədovun onkoloji xəstə olduğu bildirilir.
Fakt araşdırılır.