Şəkidə zibil maşınının vurduğu piyada vəfat edib.

"Unikal" xəbər verir ki, həkimlərin səyinə baxmayaraq, Paşa Mərdanov xəstəxanada dünyasını dəyişib

***

15:00

Şəkidə zibil maşını piyadanı vurdub.

"Unikal" xəbər verir ki, hadisə Şəki şəhəri, Çingiz Mustafayev küçəsində baş verib. Şəki Kommunal Təsərrüfatı İstehsalat Birliyinə məxsus avtomobil zibil daşınması ilə məşğul olarkən şəhər sakini 88 yaşlı Paşa Mərdanovu vurub. 

Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan Paşa Mərdanov Şəki RMX-na yerləşdirilib. Xəstənin vəziyyəti orta ağır oldugu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.

Seymur Əli