“Sumqayıt” futbol klubunun kapitanı Vüqar Mustafayev əməliyyat olunub.

Klubdan "Unikal"a verilən məlumata görə, sağ dizdə zədəyə bağlı yaranmış osteofit çıxıntılar səbəbindən cərrahi müdaxiləyə ehtiyac duyan yarımmüdafiəçinin əməliyyatı Bakıdakı özəl klinikaların birində baş tutub və uğurlu keçib.

V. Mustafayevin iki ay içərisində yenidən yaşıl meydanlara dönməsi planlaşdırılır.